İranda da zəlzələ baş veribbackend

İranda da zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanda güclü zəlzələ olub.

NOCOMMENT.az “İRNA”ya istinadən xəbər verir ki, bu gün səhər saat 07:13-də Ərdəbil əyalətinin şimal və mərkəzi bölgələrində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Germi şəhəri yaxınlığında və 10 kilometr dərinlikdə qeydə alınıb.

Bildirilib ki, zəlzələ Nəmin və Biləsuvar şəhərlərində də hiss olunub.

Hələlik zəlzələnin mümkün dağıntıları barədə dəqiq məlumat verilməyib.