İranda dəhşətli partlayış səsi – Hava limanında həyəcan təbilibackend

İranda dəhşətli partlayış səsi – Hava limanında həyəcan təbili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə saatlarında Sistan və Bəluçistan əyalətinin Keşavərz və Cam-e Cəm bölgələri yaxınlığında yerləşən Zahidan hava limanı ətrafında güclü partlayış səsi eşidilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Halvəş” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, partlayış səsinin ardınca hava limanının ətrafında həyəcan siqnalı verilib.

Qeyd olunub ki, partlayışın nədən baş verdiyi və ölənlərin olub-olmadığı hələlik bəlli deyil. İran rəsmiləri hələlik hadisəyə münasibət bildirməyiblər.