İranda etiraz aksiyalarında ölənlərin sayı yüzə yaxınlaşırbackend

İranda etiraz aksiyalarında ölənlərin sayı yüzə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İnsan Haqları Qrupu 11-ci gününə daxil olan etirazlar zamanı azı 76 etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, İranın Norveçdə yerləşən İnsan Haqları (IHR) təşkilatının rəsmiləri hökuməti müxalifəti yatırmaq üçün qeyri-mütənasib güc və real sursatdan istifadə etməkdə ittiham edib.

Dövlət mediası ölənlərin sayının 41-ə çatdığını bildirib. Yüzlərlə insan, o cümlədən 20 jurnalist həbs edilib.

BMT-nin insan haqları ofisi həmçinin hakimiyyətin zorakı reaksiyasından çox narahat olduğunu bildirib və onları dinc etiraz hüququna hörmət etməyə çağırıb.

Sentyabrın 17-də Məhsə Əmininin dəfn mərasimindən sonra hökumət əleyhinə nümayişlər İranın 80-dən çox şəhər və qəsəbəsinə yayılıb.