İranda etirazçılar polkovniki ÖLDÜRDÜbackend

İranda etirazçılar polkovniki ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Kirmanşah bölgəsində davam edən aksiyalar zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın “Irna” xəbər agentliyi məlumat yayıb.

SEPAH zabitinin soyuq silahla öldürüldüyü bildirilib.

Qətli törədən şəxslər həbs edilib. Hadisə ilə bağlı digər məlumatlar açıqlanmayıb.

Xatırladaq ki, bu ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.