İranda etirazçılara “ölümcül iynə” ŞOKU – Rejimin cinayətləri ifşa olunurbackend

İranda etirazçılara “ölümcül iynə” ŞOKU – Rejimin cinayətləri ifşa olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kərəcdən daxil olan məlumatlara görə, İslam Respublikası Dey ayındakı (dekabr-yanvar ayları) kütləvi repressiyalar zamanı etirazçıları hədəf alan yeni və ölümcül üsullardan istifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bildirilir ki, etirazlar zamanı həyatını itirən bəzi şəxslərin cəsədlərində ürək nahiyəsində və ya bədənin həssas hissələrində iynə izlərinə bənzər şübhəli əlamətlər aşkarlanıb.

Ekspertlər qeyd edirlər ki, bu izlər zəhərli maddələrin və ya oxşar ölümcül preparatların yeridilməsi ehtimalını ciddi şəkildə gündəmə gətirir.

Əgər sözügedən dəlillər müstəqil şəkildə təsdiqlənərsə, bu, etirazçılara qarşı təşkilatlanmış zorakılığın yeni və daha ağır ölçülərini ortaya qoyacaq.

Beynəlxalq ictimaiyyət üçün bu hallar təxirəsalınmaz və qərəzsiz araşdırmanın aparılmasının vacibliyini bir daha ön plana çıxarır.