İranda sosial-siyasi gərginlik sürətlə artmaqda davam edir. Həmədan şəhərində etirazçılar kütləvi aksiya zamanı hüquq-mühafizə əməkdaşına qarşı fiziki zor tətbiq ediblər.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə kütlənin polisin müdaxiləsinə müqavimət göstərdiyi, bəzi iştirakçıların isə zorakılığa əl atdığı aydın görünür.
Yaralanan əməkdaş dərhal tibbi yardım alıb və vəziyyətinin stabilliyi barədə ilkin məlumat verilib.













