İranda güclü zəlzələ qeydə alınıbbackend

İranda güclü zəlzələ qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. / Trend