İranda həbslər davam edir – Ondan çox qadına…backend

İranda həbslər davam edir – Ondan çox qadına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 10-dan çox bəhai qadına ağır həbs cəzası verildi.

NOCOMMENT.az xəbər verir ki, dünən İsfahan şəhər İnqilab Məhkəməsi bəhai təriqətinin 15 xanım nümayəndəsini ümumilikdə 75 il həbs cəzasına məhkum edib.

Məlumata görə, hər birinə beş il həbs cəzası verilən bəhai qadınlara, iki il müddətinə ölkəni tərk etmələrinə də qadağa qoyulub.

Qeyd olunub ki, onlar “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “müqəddəs İslam şəriətinə zidd olan saxta təbliğat və maarifləndirmə işlərində iştirak”da ittiham ediliblər.