Tehranda hicabını çıxaran qadınlar üçün “psixoloji klinika” açılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
“Tehranda yeniyetmələr, gənc kişilər və qadınlar üçün hicabın götürülməsinin qarşısını alan psixoloji klinika açılacaq. Bu məsələ ilə bağlı maarifləndirmə üçün səy göstərəcək”, – Əl-Ərəbiyyə İranın Qadın və Ailə Departamentinin Fəzilətin Təbliği və Pisliklərin qarşısının alınması üzrə Qərargahının rəhbəri Mehri Talebidən sitat gətirib.
Bir müddət əvvəl Tehranda İslam Azad Universitetinin binasında hicabın səhv geyinilməsi ilə bağlı açıqlama verən tələbə etiraz əlaməti olaraq paltarını soyunduğu üçün həbs edilib.
O, məcburi müalicəyə göndərilib.