İranda hicabsız konsert verən müğənniyə qarşı cinayət işi açılıbbackend

İranda hicabsız konsert verən müğənniyə qarşı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda hicabsız konsert verən gənc müğənni Pərəstu Əhmədiyə qarşı cinayət işi açılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, müğənninin İranda karvansaraylardan birində hakimiyyətin tətbiq etdiyi hicab qaydalarına əməl etmədən verdiyi konsert sosial şəbəkədə böyük marağa səbəb olub. Bundan sonra İranın hüquq-mühafizə orqanları xanıma və konsertin təşkilatçılarına qarşı cinayət işi başlayıb.

Bu, İranın müasir tarixində ilk hadisə sayılır. İslam Respublikasında indiyə qədər İran vətəndaşı olan heç qadın belə bir addım atmayıb. Onun bu addımı İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edilir.

Qəmərmülk 1905-ci ildə Güney Azərbaycanın Qəzvin vilayətinin Takestan şəhərində anadan olub. Kiçik yaşlarında valideynlərini itirib. Nənəsi Molla Xeyrənsə xanımın himayəsində böyüyüb. Molla Xeyrənsə onu özü ilə aşura məclislərinə aparırmış. Burda o, ilk dəfə rövzəxanlıqla tanış olub. Evdə bu stildə oxumağa başlayıb. Gözəl səsini duyan qonşular ona Tehrana getməyi tövsiyə ediblər. Qəmərülmülk Tehranda tez bir zamanda məşhurlaşıb.

Toylarda oxuyan Qəmərülmülkü ney ustası Mürtəza Neydavud kəşf edib. Ona İran musiqisinin dərinliklərini öyrədib. Onu opera və teatrlara dəvət ediblər. Tehranın Laləzar bölgəsində yerləşən kinostudiya onu filmlərə çəkib. Mədəni tədbirlərə yolu açılan Qəmərülmülk məşhur şair və bəstəkarlarla tanış olub. Milli Radio onun konsertlərini təşkil edib. Qəmərülmülk İran mədəniyyət və musiqi tarixinə öz adını qızılı hərflərlə yazdırıb. O, 1959-cu il avqustun 6-da vəfat edib.

Qeyd edək ki, İranda karvansaraylardan birində Pərəstu Əhmədi adlı müğənni hicab məcburiyyətini pozaraq konsert proqramı ilə çıxış edib.