İranda internet kəsildibackend

İranda internet kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, oktyabrın 12-də səhər saatlarından İranın bir çox bölgələrində internet kəsilib və mobil telefon xidmətlərində pozuntular yaranıb.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bundan öncə etirazların işıqlandırılmamasına görə internet kəsintisi saat 4-dən başlayaraq gecə yarısına qədər davam etdiyi halda, indi məhdudiyyətlərin səhər saatlarından tətbiq edildiyi bildirilir.

Qeyd edək ki, İranda etirazçılara qarşı törədilən qanlı repressiyalara baxmayaraq, ümumxalq tətilləri, nümayişləri və etirazları davam edir.