İranda isti hava şəraiti ilə əlaqədar 13 əyalətdə iş olmayacaqbackend

İranda isti hava şəraiti ilə əlaqədar 13 əyalətdə iş olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın 13 əyalətində iyulun 11-də elektrik enerjisi istehsalı və istehlakında tarazlığın pozulması, eləcə də yüksək temperatur və rekord istehlak səbəbi ilə müəssisələrdə, həmçinin dövlət orqanlarında işlər dayandırılacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Bildirilib ki, Semnan, Zəncan, Xuzestan, Qum, Buşehr, Mərkəzi, İsfahan, Yəzd, Sistan və Bəlucistan, Çaharmahal və Bəxtiyari, Kerman, Cənubi Xorasan, Loristan əyalətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 11-i istirahət günü elan edilib.