İranda ittiham olunan belçikalı 40 il müddətinə azadlıqdan məhrum edildibackend

İranda ittiham olunan belçikalı 40 il müddətinə azadlıqdan məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda “casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı” ittihamları ilə mühakimə olunan Belçika vətəndaşı 40 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT.az xəbər verir ki, Mizan Xəbər Agentliyinin məlumatına görə, Belçika vətəndaşı Olivier Vandecasteele “xarici kəşfiyyat xidməti adından İrana qarşı casusluq etmək”, “İrana qarşı düşmən ABŞ hökuməti ilə əməkdaşlıq etmək”, “xarici valyuta qaçaqmalçılığı” və “çirkli pulların yuyulması” cinayətlərini törətdiyi səbəbi ilə mühakimə olunub.

Vandecasteele Tehran İnqilab Məhkəməsində qaldırılan işdə “casusluq və İrana qarşı ABŞ hökuməti ilə əməkdaşlıq” ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib.

“Çirkli pulların yuyulması” ittihamı ilə 12,5 il həbs cəzası alan belçikalıya “valyuta qaçaqmalçılığı” ittihamı ilə 2,5 il həbs, cərimə və 74 şallaq zərbəsi də verilib.