İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb – YENİLƏNİBbackend

İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

***

saat 10.23

İranın Cənubi Xorason ostanında kömür mədənində partlayış olub, 19 nəfər ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Hadisə şənbə günü yerli vaxtla saat 21.00-da Təbas şəhərində mədənlərdən birində baş verib.

Hazırda xilasetmə əməliyyatı aparılır.