İran dövlət televiziyası Kermanşahdan görüntülər yayıb.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, İran dövlət televiziyası ölkənin qərbində yerləşən Kermanşah şəhərindən videogörüntülər yayıb. Rəsmi TV-nin iddiasına görə, kadrlarda kürd silahlı iğtişaşçılar döyüş silahları ilə İran təhlükəsizlik qüvvələrinə atəş açırlar.
Qeyd olunur ki, hazırda digər informasiya kanalları bloklanıb və hadisələrlə bağlı məlumatların yayımı əsasən rəsmi mənbələrin nəzarətindədir.













