İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
NOCOMMENT.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
***14:16
İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.
“Unikal” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb.