İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayının 49-a yüksəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına açıqlama verən Cənubi Xorasan vilayətinin Böhranların İdarə Edilməsi üzrə baş direktoru Məhəmməd Əli Ahundi bildirib.
O, əyalətin Tebes bölgəsindəki kömür mədənində sentyabrın 21-də baş verən qəza ilə bağlı son məlumatı paylaşıb.
Mədəndə baş verən metan qazı partlayışında can itkisinin 38-dən 49-a yüksəldiyini bildirən Ahundi, uzun müddət qapalı qalan mədənçilər üçün aparılan axtarış-xilasetmə işlərinin müsbət nəticə vermədiyini bildirib.