İranda narıncı xəbərdarlıq elan edildibackend

İranda narıncı xəbərdarlıq elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda “narıncı” xəbərdarlıq elan edilib.

NOCOMMENT.az bakupost.az-a istinadla xəbər verir ki, bu gün İranın Meteorologiya Təşkilatı ölkənin 24 əyalətində güclü yağış, şimşək və daşqın ehtimalı olduğunu bildirib.

Məlumata görə, sözügedən təşkilat yağıntıların şiddətlənəcəyi ilə bağlı narıncı xəbərdarlıq elan edib.

Bildirilib ki, yağış və daşqın ehtimalı ilə yanaşı, güclü külək və dolu da gözlənilir.