İranda növbədənkənar prezident seçkiləri – Kampaniya başladıbackend

İranda növbədənkənar prezident seçkiləri – Kampaniya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən İranda növbədənkənar prezident seçkiləri kampaniyası başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vahidi elan edib. O, bütün siyasi partiyaların, nüfuzlu şəxslərin iştirakı ilə seçki qaydalarına əməl edilməsinin şahidi olacaqlarını bildirib.

İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhərləsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edir. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır.

Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür.

Qeyd edək ki, mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub. Belə hallarda ölkədə prezident seçkisi 50 gün ərzində keçirilməlidir.