İranda növbəti prezidentliyə namizəd – Keçmiş parlament…backend

İranda növbəti prezidentliyə namizəd – Keçmiş parlament…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin keçmiş sədri Əli Laricani prezident seçkilərinin qeydiyyatının ikinci günündə namizəd olmaq üçün rəsmi qeydiyyatdan keçib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, iqtisadi tərəqqi üçün sanksiyaların ləğvi onun diplomatiyadakı prioritetləri arasında olacaq.

“Böyük bir hökumətin bütün insanların işlərinə qarışması ilə irəliləyiş baş verə bilməz”, – deyə o qeyd edib.

Laricani üç çağırış parlamentin sədri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Radio və Televiziya Təşkilatının prezidenti olub. O, Məqsəd Şurasının faktiki üzvüdür. Keşikçilər Şurası prezidentliyə namizədliyini irəli sürməyə icazə verərsə, onun əsas namizəd olacağı gözlənilir.

Qeyd edək ki, İranda Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından 50 gün sonra – iyunun 28-də ölkədə prezident seçkiləri keçiriləcək. Bu gün qeydiyyatın ikinci günüdür, indiyə kimi Əli Laricani də daxil olmaqla 6 nəfər qeydiyyatdan keçib.