İranda polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı artdıbackend

İranda polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti təsdiqləyib.Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb. Hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub. İnformasiyaya əsasən, döyüş nəticəsində “Ceyş-əl Adl”ın 15 silahlısı ölüb.

Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar.