İranda prezident seçkilərinin ikinci turu olacaqbackend

İranda prezident seçkilərinin ikinci turu olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda prezident seçkilərinin ikinci tura uzadılması ehtimalı artır.

NOCOMMENT.az xəbər verir ki, “Alef” saytının məlumatına görə, 14-cü prezident seçkilərində hesablanan səslərə görə, Məsud Pezeşkian və Səid Cəlili bir-biri ilə rəqabət aparır, ancaq səslərin sayı göstərir ki, bu seçki böyük ehtimalla ikinci tura qədər uzanacaq.

Saytın məlumatına görə, seçki dairələrində səslərin hesablanması davam edir və bu ana qədər ölkənin Seçki Qərargahının elan etdiyi səslərin sayına əsasən, namizədlərdən heç biri lazımi səsi toplaya bilməyib.

Qeyd olunub ki, Məsud Pezeşkian və Səid Cəlilinin rəqabət aparması ilə seçki ikinci tura keçəcəyi təqdirdə, ikinci mərhələ iyulun 5-də baş tutacaq.