İranda prezident seçkisi: İslahatçı namizəd öndədirbackend

İranda prezident seçkisi: İslahatçı namizəd öndədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda keçirilən növbədənkənar prezident seçkisində 12 milyon səs (ümumilikdə 61 milyon seçici) hesablandıqdan sonra islahatçı qanaddan olan keçmiş səhiyyə naziri Məsud Pezeşkian mühafizəkar Səid Cəlilini qabaqlayıb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

O, IRIB telekanalında bildirib ki, 58 min seçki məntəqəsindən 32 200-də bülletenlər baxıldıqdan sonra Pezeşkian 5 milyon, İranın ruhani liderinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili isə 4 milyon 875 min səs toplayıb.

Qeyd edək ki, namizəd qalib gəlmək üçün 50%-dən çox səs toplamalıdır. Əks halda, iyulun 5-də birinci turda ən çox səs toplayan iki namizədin mübarizə aparacağı ikinci tur keçiriləcək.