İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri götürübbackend

İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Namizədlikdən geri çəkildiyimi bəyan edirəm”, – İslam Şurası Məclisinin sabiq üzvü bildirib.

Eyni zamanda, İlahian seçkilərdə “inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka” çağırıb.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.