İranda prezidentliyə namizədlərin sonuncu teledebatı olacaqbackend

İranda prezidentliyə namizədlərin sonuncu teledebatı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İranda prezidentliyə namizədlərin beşinci – sonuncu teledebatı olacaq.

NOCOMMENT.az xəbər verir ki, indiyədək namizədlərin iqtisadiyyat, sosial, mədəniyyət və siyasi məsələlər üzrə dörd dəfə teledebatı olub.

Bugünkü debat isə “Hökumətin səmərəliliyi”nə həsr olunacaq.

Qeyd edək ki, İranın Mədəniyyət və İrşad nazirliyinin məlumatına əsasən, iyunun 28-də keçiriləcək prezident seçkisini xarici ölkədən olan 500 jurnalist işıqlandıracaq.