İranda PUA hazırlayan alimin meyiti aşkarlanıbbackend

İranda PUA hazırlayan alimin meyiti aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim və pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olan doktor Əyyub Ənsarinin meyiti aşkarlanıb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

İlkin məlumata əsasən, alim “qidadan zəhərlənərək” ölüb. Əyyub Ənsarinin zəhərləndiyi ehtimal edilir.

Onun ölümündə İsrail MOSSAD-ının adı da hallanır. Ancaq rəsmi Tehran hadisə ilə bağlı hələ ki açıqlama verməyib.