İranda qadın nazirlə aeroport qalmaqalı: “Çantanı açmıram”backend

İranda qadın nazirlə aeroport qalmaqalı: “Çantanı açmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiqi ölkəyə qayıtdıqdan sonra qalmaqalla gündəmə gəlib. Qeyd edək ki, o, prezident Məsud Pezeşkianın hökumətindəki yeganə qadın nazirdir.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, nazir “Şimal–Cənub” layihəsi üzrə danışıqlardan sonra Tehrana avtomobillə qayıtmaq istəyib, lakin Ərdəbilə çatdıqda təyyarə ilə uçmaq qərarına gəlib. Hava limanında təhlükəsizlik yoxlamasından keçməkdən imtina edən Sadiqi əməkdaşlarla mübahisə edib və “aeroportun bağlanması” ilə hədələdiyi iddia olunub.

Hadisədən sonra aeroport direktoru vəzifəsindən azad edilib. Bu, İranda geniş rezonans doğurub: mühafizəkarlar naziri qaydalara hörmətsizlikdə ittiham edir, islahatçılar isə bunu qadın naziri təzyiq altında saxlama cəhdi kimi dəyərləndirirlər.

Qalmaqalın mərkəzindəki “naməlum çanta” isə hələ də müzakirə mövzusudur. Onun içində nə olduğu açıqlanmayıb.