İranda qadınlar kütləvi şəkildə çadradan imtina edirlər – VİDEObackend

İranda qadınlar kütləvi şəkildə çadradan imtina edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda əxlaq polisinin Məhsə Əmini adlı gənc qadını öldürməsinə etirazlar səngimir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hazırda ölkənin 24 ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

Son məlumata görə, aksiyalarda qadınlar xüsusi fəallıq nümayiş etdirir və onlar bu aksiyalara əksər hallarda hicabsız qatılırlar. Hətta ötən gün bir qrup qadın çadrasını çıxararaq meydanda yanan tnqala atmışdı.

Bu gün Mazandaran əyalətinin Babolsər şəhərində keçirilən aksiyanın da videosu yayılıb. Videodan görünür ki, bir qism qadın mitinqə hicabsız qattılıb. Məhsə Əmininin Əxlaq polisi tərəfindən qətlinə etiraz edən qadınlar baş örtüklərini açaraq “Xameneiyə ölüm olsun, Xameneiyə ölüm olsun!” şüarları səsləndiriblər.