İranda Qasım Süleymaninin abidəsi YANDIRILDI – FOTObackend

İranda Qasım Süleymaninin abidəsi YANDIRILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Çaharmahal və Bəxtiyariya əyalətlərinin Şəhrikürd şəhərində naməlum şəxslər İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanıgeneral Qasım Süleymaninin abidəsini yandırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Şəhərin mərkəzində yerləşən abidənin yandırılmasına münasibət bildirən İranın ali dini lideri Ayətullah Əli Xameneinin Çaharmahal və Bəxtiyariya əyaləti üzrə nümayəndəsi Məhəmməd Əli Nikunam hadisəni pisləyərək, aksiyanın ABŞ və İsrailə xidmət etdiyini iddia edib.

İranın dövlət mediası şəhərin mərkəzindəki heykəlin gecə saatlarında yandırıldığını açıqlayıb.

Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanına raket hücumu nəticəsində həlak olub. Generalın yerləşdiyi karvana raket zərbəsi ABŞ prezidenti Donald Trampın göstərişi ilə endirilib.

publika.az