İranda qum fırtınası: 488 nəfər xəstəxanaya yerləşdirildibackend

İranda qum fırtınası: 488 nəfər xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəhbəri Məcid Muhibbi məlumat verib.

“120 günlük küləklər ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64 nəfəri stasionar müalicə alıb”.

Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini dilə gətirən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.

Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.

NOCOMMENT.AZ