İranda sayt rəhbəri edam olunacaqbackend

İranda sayt rəhbəri edam olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ötən ilin oktyabr ayında həbs olunan “Amadnews” saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.

NOCOMMENT fars mətbuatına istinadən xəbər verir ki, İranın təhlükəsizlik orqanları R.Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüblər.

Qeyd edək ki, R.Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R.Zəm bir müddət İranda həbsdə olmuş, daha sonra Malayziyaya, oradan da Fransaya qaçmışdı.