İranda separatçı qrupun lideri həbs olundubackend

İranda separatçı qrupun lideri həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdüstan Azadlıq Partiyası terror qruplaşmasının tanınmış üzvü və lideri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə özünün tviter hesabında İran prezidenti İbrahim Rəisi məlumat yayıb.

Kürdüstan Azadi Partiyası, qısaca olaraq PAK İranda separatçı, ifrat sağçı siyasi qrup kimi səciyyələndirilir. PAK İran Kürdüstanı, Kirmanşah, Qərbi Azərbaycan, İlam, Həmədan, Luristan, Çaharməhal, Bəxtiyari, Kohqiluyeh, Boyer Ahmad və Xuzistan və Buşehrin bir hissəsindən ibarət “dövlət” yaratmaq niyyəti güdür.

Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İraq ərazisində yerləşən digər bir kürd qruplaşmasının – “Komala”nın hərbi bazalarını artileriya atəşinə tutub.