Bu gün Fars əyalətinin Mərvdəşt-Səadət magistral yolunda sərnişin avtobusu aşıb.
NOCOMMENT.az “Tasnim News”a istinadən xəbər verir ki, Fars əyalətinin Fövqəladə Hallar İdarəsinin rəisi Məhəmməd Cavad Muradian bu haqda deyib:
“Bu gün səhər saat 05:54 radələrində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 25 nəfər isə yaralanıb”.
Onun sözlərinə görə, yaralılar dərhal xəstəxanaya aparılıblar.