İranda son aylarda yüzdən çox insan həyatını itirib – SƏBƏBbackend

İranda son aylarda yüzdən çox insan həyatını itirib – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son bir neçə ayda təbii fəlakət nəticəsində 100-ə yaxın insan ölüb.

NOCOMMENT.az xəbər verir ki, “Entekhab” saytı məlumat verib ki, martın 20-dən mayın 25-nə qədər İranda təbii fəlakət nəticəsində 61 nəfər həyatını itirib.

Bununla bağlı, dünən İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miyanfər açıqlama verib.

Onun sözlərinə görə, həmin aylar ərzində 13 nəfər ildırım vurması, 48 nəfər isə sel nəticəsində dünyasını dəyişib. Bununla yanaşı, 1600-ə yaxın insan xəsarət alıb.

Cəfər Miyanfər ötən ilin eyni dövrü ilə müqayisədə bu il təbii fəlakət qurbanlarının sayının 100% artığını qeyd edib. O, 233 nəfərin zəhərli göbələk yedikdən sonra zəhərləndiyini də vurğulayıb.