İranda sünnilər prezident seçkilərini BOYKOTA ÇAĞIRIBLARbackend

İranda sünnilər prezident seçkilərini BOYKOTA ÇAĞIRIBLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Sünnilərinin Milli Şurası ölkədə keçiriləcək prezident seçkilərini boykot etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı, sözügedən Şura iyunun 19-da bəyanat yayaraq İranda prezident seçkilərini sirk adlandırıb.

İran Sünnilərinin Milli Şurası heç vaxt İranda real və xalqın iradəsinə əsaslanan prezident seçkilərinin keçirilməməsinə toxunaraq bildirib ki, iranlılar istədiyi şəxsi seçmək hüququndan məhrum ediliblər.

Bəyanatda sünnilərə qarşı həyata keçirilən ayrı-seçkilik vurğulanıb və seçkilərin onların vəziyyətinin dəyişməsi üçün heç bir rol oynamadığı xatırladılıb.

Qeyd olunub ki, sözügedən şura İranda yaşayan sünni məzhəbli vətəndaşlara çağırışında seçki günü evlərində qalmalarını və seçkilərdə iştirak etməmələrini istəyib.