Sosial mediada yayılan video və məlumatlara görə, Tehrandakı Tərbiət Modərres Universitetinin tələbələri etiraz aksiyasına qoşulub.
NOCOMMENT.az “Azad İran”a istinadən xəbər verir ki, görüntülərdə tələbələrin universitet kampusunda toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirdiyi görünür.
Paylaşılan videolarda etirazçıların “Molla kəfən geyinməyənə qədər, bu vətəndən vətən olmayacaq” şüarı ilə aksiyanı davam etdirdiyi eşidilir. Aksiya kampus daxilində baş tutub və tələbələrin sayının az olmadığı bildirilir.













