İranda tələbələrin müəmmalı zəhərlənməsi də davam edirbackend

İranda tələbələrin müəmmalı zəhərlənməsi də davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın bir sıra şəhərlərində təqaüdçülər və sosial pensiyaçılar hakimiyyətin vətəndaşların tələblərinə hörmətsizlik etməsinə etiraz olaraq yürüş-mitinq keçiriblər.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, Şuş və Əhvaz şəhərlərindəki aksiyada “Yetər vədlər, bizim süfrəmiz boşdur!” şüarı səsləndirilib.

Qeyd edək ki, təqaüdçülər müavinətlərinin azlığına və yaşayış şəraitinə etiraz olaraq bir neçə gün əvvəl də aksiya keçirmişdilər. Lakin Tehran hökuməti onların tələblərinə hələ də cavab verməyib.

Bundan başqa, İsfahan şəhərində dəmir yolu, poladəritmə, kimyəvi zavodun və metalurgiya kombinatının fəhlələri irəli sürdükləri sosial tələblərin yerinə yetirilməməsinə etiraz olaraq mitinq keçiriblər. İran polisi dinc aksiyaya hücum edib. Onlarla şəxs saxlanılıb.

Məlumata görə, İsfahan Metalurgiya zavodunun fəhlələri ötən aylarda da dəfələrlə tətil edib. Onlar aylıq əməkhaqlarının artırılmasını, vəzifə təsnifatı planı ilə bağlı tələblərinin yerinə yetirilməsini istəyiblər. Ancaq üç ay keçsə də, onların tələbləri hələ də yerinə yetirilməyib.

İnformasiyaya əsasən, Tehran, Şiraz və başqa şəhərlərdəki universitetlərdə tələbələrin, müəllimlərin hicab qaydalarına əməl etməsinə dair məcburi konsultasiya tədbiri keçirilir.

İranın keçmiş Baş naziri, “Yaşıllar hərəkatının” lideri Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnavardə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib. Bildirilib ki, onlar hazırda ev dustağıdır. Hər ik lider “Qadın, həyat və azadlıq!” şüarı altında keçirilən aksiyaları dəstəkləyiblər.

Tehran hakimiyyətinin məhkəmə sistemi bəhai dinin nümayəndəsi Peyam Vəlini ümumxalq etiraz aksiyalarında iştirakına görə 16 il müddətinə azadlıqdan məhrum edib.

Kərəc şəhərində yaşayan P.Vəli Cinayət Məcəlləsinin iğtişaş yaratmaq, İran hakimiyyətinə qarşı təbliğat aparmaq kimi maddələr üzrə təqsirli bilinib.

İranın bir sıra şəhərlərində tələbələrin ərzaqdan müəmmalı zəhərlənməsi davam edir. Professor Məhəmməd Təki Fazel Meybodi “Şebeke-Şark”a müsahibəsində bu hadisənin qəsdən törədildiyini bildirib.

Məlumata görə, Sistan-Bəlucistanda keçirilən etiraz aksiyaları fonunda əyalətin polis rəisi son bir neçə ayda ikinci dəfə dəyişdirilib. Bildirilib ki, Dostəli Cəlilian hazırkı rəis Məhəmməd Qənbərini əvəzləyib. M.Qənbəri bu vəzifəyə noyabrın ortalarında təyin olunmuşdu.

Yeni rəisin kollektivə təqdim olunması mərasimində İranın hüquq-mühafiə qüvvələrinin baş komandanı, general Əhmədrza Radan da iştirak edib.