İranın Kirman əyalətində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında törədilən 2 kamikadze hücumunda daha 2 nəfərin ölməsi ilə ölənlərin sayı 91-ə yüksəlib.
NOCOMMENT xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, hücum zamanı yaralanan və xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə məlumat verən Təcili Yardım Mərkəzinin sözçüsü Babək Yektaperest daha iki nəfərin öldüyünü açıqlayıb.