İranda xarici dövlətlərə işləyən 12 nəfər saxlanıldıbackend

İranda xarici dövlətlərə işləyən 12 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ölkənin milli təhlükəsizliyinə qarşı təxribat fəaliyyətində şübhəli bilinən və xarici dövlətlərdən dəstək alan 12 nəfər saxlanılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə yerli “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Qeyd olunur ki, şəbəkə üzvləri İranın mərkəzi vilayətində saxlanılıb. Onlar Almaniya və Hollandiyada ayrı-ayrı şəxslərin dəstəyi ilə təxribat fəaliyyəti həyata keçirməkdə şübhəli bilinirlər.

“Əyalətin rayonlarından birində xaricilərlə əlaqəli 12 nəfərdən ibarət şəbəkə müəyyən edilərək saxlanılıb”, – deyə  SEPAH-dan bildirilib.

İran hərbçilərinin sözlərinə görə, şəbəkə üzvləri silahların hazırlanması ilə məşğul olub, təxribat törətmək niyyətində olublar, lakin planlarını həyata keçirməmiş saxlanılıblar.