Bu gün səhər saatlarında Gilan əyalətində yerləşən “Qaem” xəstəxanasında güclü yanğın baş verib.
NOCOMMENT.az “İSNA”ya istinadla xəbər verir ki, Gilan Tibb Elmləri Universitetinin rektoru Məhəmmədtəqi Aşubi bildirib ki, yanğın zamanı 9 nəfər ölüb.
Məlumata görə, xəstəxanada 142 xəstə olub. Onlar dərhal digər xəstəxanalara aparılıblar.
Qeyd olunub ki, yanğının hansı səbəblərdən yaranması ilə bağlı hələlik araşdırma aparılır.