İrandakı partlayışda ölənlərin sayı 13 nəfər azaldıbackend

İrandakı partlayışda ölənlərin sayı 13 nəfər azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Rəcai limanındakı partlayışda ölənlərin sayı azalıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hörmüzqan qubernatoru Məhəmməd Aşuri Taziani açıqlayıb.

“Əvvəllər Bəndər-Rəcai hadisəsinin qurbanlarının sayı 70 nəfər elan edilmişdi, lakin testlər aparıldıqdan və genetik və DNT nümunələri müqayisə edildikdən sonra Hörmüzqan Ədliyyə Departamentinin açıqladığı yekun rəqəm 57-dir”, – deyə o qeyd edib.

Hörmüzqan əyalətinin baş hakimi Moctaba Qahremani də bu məlumatı təsdiqləyib: “Ölənlərin sayı əvvəllər 70 nəfər elan edilmişdi, lakin ailələrin müraciəti və aparılan müayinələr əsasında müəyyən edilib ki, bir sıra itkilərin parçalanmış bədən hissələri partlayış baş verən ərazinin müxtəlif ərazilərindən istintaq-əməliyyat qrupları tərəfindən toplanaraq ayrı-ayrı saxlanılıb ki, bu da əslində bir nəfərin cəsədinə aid olub”.

Bu açıqlamalara əsasən, Bəndər-Rəcai partlayışında həlak olanların ümumi sayı əvvəl açıqlanandan 13 nəfər azdır.

Bundan əvvəl hökumətin əmək və sosial rifah naziri Əhməd Midari Rəcaidə baş verən partlayışda 100 nəfərin həyatını itirdiyini bildirmişdi.\\“Unikal”