İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Musavi ABŞ və İsraili İŞİD döyüşçülərini ölkəyə göndərməkdə ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, Musavi bildirib ki, bu döyüşçülər “İran xalqına və hüquq-mühafizə orqanlarına hücum etmək üçün” ölkəyə gətirilib.
Baş Qərargah rəisi qeyd edib ki, “12 günlük müharibədə qarşılaşdıqları məğlubiyyəti kompensasiya etmək məqsədilə ABŞ və İsrail İrana İŞİD terrorçularını göndəriblər, bu şəxslər vəhşi heyvanlardan da betərdir.”













