İrandan Aİ və Böyük Britaniya sanksiyalarına CAVABbackend

İrandan Aİ və Böyük Britaniya sanksiyalarına CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın sanksiyalarına cavab olaraq 30 avropalıya və 4 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, sanksiya qərarının müvafiq qurumların razılığı əsasında Aİ və Böyük Britaniyanın sanksiyalarına qarşı ehtiyat tədbiri olaraq alındığı bildirilib.

Bu çərçivədə Avropa Parlamentində “İsrailin Avropalı Dostları” adlı qrup, Parisdə yerləşən “Radio j”, Almaniyanın “Herberger Bau” tikinti şirkəti, Böyük Britaniyanın “Henry Jackson Society” təşkilatı olmaq üzrə Aİ və İngiltərədəki 4 təşkilata qarşı sanksiyalarla bağlı qərar qəbul edilib.

Fransa naziri Olivier Klein, Paris meri Ann Hidalqo, Böyük Britaniyanın Baş prokuroru Viktoriya Prentis, Böyük Britaniyanın Baş Qərargah rəisi Patrik Sanders, Avropa Parlamentinin üzvləri və Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandıran danimarkalı ifrat sağçı Rasmus Paludan da daxil olmaqla 30 nəfərin sanksiya siyahısına salındığı bildirilib.

Bəyanatda sanksiyalara viza qadağası, İrandakı əmlak və maliyyə aktivlərinin müsadirəsi, bank hesablarının dondurulmasının daxil olduğu bildirilib.