İrandan Azərbaycana qaçanlar saxlanıldı – FOTObackend

İrandan Azərbaycana qaçanlar saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan qanunsuz yollarla Azərbaycana gələnlər saxlanılıb.

NOCOMMENT Sfera.az-a istinadən xəbər verir ki, hadisə fevralın 2-də saat 16:25-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 20 yaşlı Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 17 yaşlı Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.