İranın Ərdəbil şəhərində baş verən etiraz aksiyaları ilə bağlı yeni videogörüntülər sosial şəbəkələrdə yayılıb.
NOCOMMENT.az xəbər verir ki, kadrlarda Yəhya meydanında təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşının etirazçıların üzərinə doğru hərəkət etdiyi anlar fərqli rakursdan əks olunub. Görüntülərin yanvarın 10-da Ərdəbildə keçirilən aksiyalar zamanı çəkildiyi bildirilir.
Yayılan videolardan aydın olur ki, zirehli maşın etirazçıların toplaşdığı istiqamətə doğru irəliləyərək təhlükəli vəziyyət yaradıb. Hadisə zamanı insanların həyatı üçün ciddi risk yarandığı müşahidə olunur.
Daha əvvəl yayımlanmış kadrlarda zirehli maşının bir neçə etirazçının üzərinə çıxdığı iddia olunmuşdu. Yeni görüntülər həmin məlumatları bir daha gündəmə gətirib.













