İrandan əməliyyat: İŞİD-H üzvü ələ keçirildibackend

İrandan əməliyyat: İŞİD üzvü ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İŞİD/Xorasan terror təşkilatının əsas ünsürlərindən birinin ələ keçirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın Fars əyalətinin Fəcr İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Birliyinə əsaslanan xəbərinə görə, İŞİD/Xorasanın əməliyyat və media şəbəkəsi müəyyən edilib və onun əsas üzvü ələ keçirilib.

Bu şəxsin 2019-cu ildən bəri kəşfiyyatın nəzarətində olduğu və Tehran da daxil olmaqla bəzi vilayətlərdə təşkilata üzv olmaq üçün ekstremist şəxslərin tapılmasına çalışdığı bəlli olub.

Həbs edilən terror təşkilatı üzvünün kimliyi ilə bağlı məlumat paylaşılmayıb.

NOCOMMENT.AZ