Nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.
NOCOMMENT.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.\\Valyuta.az