İrandan İsrailə aid yük gəmisinin ələ keçirilməsinə REAKSİYAbackend

İrandan İsrailə aid yük gəmisinin ələ keçirilməsinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Yəmən husiləri tərəfindən Qırmızı dənizdə İsrailə aid yük gəmisinin ələ keçirilməsinin arxasında Tehranın olması ilə bağlı iddiaları “əsassız” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Kenani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Qırmızı dənizdə ortaqları arasında İsrail şirkətinin də yer aldığı yük gəmisinin ələ keçirilməsi ilə bağlı İrana qarşı irəli sürülən ittihamları rədd etdiklərini bildirən Kenani, İsrailin üzləşdiyi “ağır vəziyyətdən xilas olmaq üçün” belə iddialar irəli sürdüyünü bildirib.

Hadisənin arxasında Tehranın dayandığına dair iddiaların əsassız olduğunu bildirən Kənani, “Bölgədəki müqavimət qrupları İranın tabeliyində deyil və İrandan əmr almır. Bu qruplar öz xalqlarını və hökumətlərini təmsil edir və onlara uyğun hərəkət edirlər” ölkələrinin maraqlarıdır”