İrandan İsrailə böyük zərbə: Gizli nüvə məlumatı ortaya çıxdıbackend

İrandan İsrailə böyük zərbə: Gizli nüvə məlumatı ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana bağlı hakerlərin İsrail nüvə alimlərinə məxsus məxfi məlumatları ələ keçirərək, açıqladığı iddia edilib. İsrail mətbuatında yer alan xəbərlərə görə, bu kiberhücum İsrailin təhlükəsizliyinə böyük təhlükə yaradır.

NOCOMMENT.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin məlumatına görə, İran kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən hakerlər Təl-Əvivin cənubundakı Sorek Nüvə Araşdırma Mərkəzində çalışan alimin məlumatını dərc ediblər. Sızdırılan sənədlərdə SARAF hissəcik sürətləndiricisi layihəsinin görüntüləri və digər nüvə mütəxəssislərinin adlarının olduğu iddia edilib.

Hakerlərin sözügedən alimin cib telefonu və ya e-mail hesabından məlumat əldə etdiyi bildirilir. Bundan başqa, radiasiya təhlükəsizliyi üzrə ekspert işləyən bu şəxsin pasport şəkli də internetdə paylaşılıb.

İranla əlaqəli hakerlər həmçinin İsrailin ABŞ-da hərbi attaşesi vəzifəsində çalışmış bir məmurun, İsrailin hazırkı səfiri və onların ailələrinin məlumatlarını açıqlayıb. İsrail Müdafiə Nazirliyinin keçmiş baş direktoruna məxsus şəxsi fotoşəkillər və sənədlər də bu kiberhücumun hədəfi olub.

İsrailin Milli Kiber Müdirliyi insidentlə bağlı şərh verməkdən imtina edib və açıqlama təkliflərini Nazirlər Kabinetinə göndərib. İsrailin Daxili Kəşfiyyat Xidməti Şin-Bet hələ bir açıqlama verməsə də, İsrail hökuməti araşdırmalar nəticəsində açıqlanan görüntü və planların İsraildəki bir obyektə aid olmadığını bildirib.

Bu hadisə iki ölkə arasında uzun müddətdir davam edən gərginliyin kiberhücumlarla daha təhlükəli bir ölçüyə keçdiyini göstərir.