İrandan İsrailə mesaj: Diqqətli olun…backend

İrandan İsrailə mesaj: Diqqətli olun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran illik təlimində keçirdiyi ballistik raket sınağını pisləyən Britaniyaya sərt reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu təlimin İsrailə xəbərdarlıq olduğunu açıqlayıb.

İranın cümə günü keçirilən hərbi təlimdə qurudan quruya 16 ballistik raket atdığı açıqlanıb.

Britaniya Xarici İşlər Nazirliyi ballistik raket sınağını pisləyib və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bildirib.

“Bu, İranın nüvə silahı daşımaq üçün nəzərdə tutulmuş ballistik raketlərlə bağlı hər hansı fəaliyyətlə məşğul olmamasını şərtləndirən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır”, – İngiltərə XİN-in bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, Böyük Britaniya bu bəyanatla İranın daxili işlərinə müdaxilə edib.

Xatibzadə ballistik raket sınağının BMT qətnamələri ilə heç bir əlaqəsi olmadığını müdafiə edib. İranın nüvə proqramının hərbi məqsəd daşımadığını qeyd edən Xatibzadə İngiltərənin Yəmən kimi böhranlı bölgələrə öldürücü silahlar satmaqla yanaşı, İranın adi hərbi fəaliyyətinə də müdaxilə etdiyini bildirib. İran İnqilab Keşikçiləri ballistik raket sınağı ilə diqqət çəkən nəhəng təlimin İsrailə xəbərdarlıq olduğunu açıqlayıb. Dövlət televiziyasında yayımlanan görüntülərdə təlim zamanı atılan raketlərin İsraildəki Dimona nüvə reaktoruna bənzər hədəfə yönəldiyi görülüb.

İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Selami deyib: “Bu təlimin mesajı aydındır. Biz sionist hökumətin səlahiyyətlilərinə öz səhvləri ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edirik”.
teleqraf